Köçəryanın milyardlarla ölçülən əmlakı müsadirə olunur - SİYAHI
    • 14-07-2023, 17:24
    • 345

Köçəryanın milyardlarla ölçülən əmlakı müsadirə olunur - SİYAHI

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın və onunla əlaqəli yeddi şəxsin (ailə üzvləri – həyat yoldaşları, uşaqları, onların həyat yoldaşları) əmlakı müsadirə edilir.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Baş Prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirə edilməsi haqqında İşlər İdarəsinin Antikorrupsiya Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qərarı ilə verdiyi açıqlamaya əsasən, iddianın ilkin təmin edilməsi tədbirləri icra edilib və müsadirə proseduru başladılıb.

Araşdırmanın ilkin nəticələrinə görə, aşağıdakılar qanunsuz hesab edilib və müsadirə oluna bilər:

- 20 ədəd daşınmaz əmlak, əsasən İrəvanın Kentron inzibati rayonunda yerləşən binalarda.

- 2 nəqliyyat vasitəsi.

- Ermənistanda və xaricdə 18 hüquqi şəxsdə iştirak.

- 1,5 milyon ABŞ dollarından artıq depozitlər və qiymətli kağızlar.

- Fiziki və hüquqi şəxslərə təxminən 10 milyard dram məbləğində verilən kreditlər.

- Təxminən 22 milyard dram, bu, qeyri-qanuni mənşəli vəsaitlərin, vicdanlı üçüncü şəxslərə verilmiş vəsaitlərin və müəyyən edilməmiş digər xərclənmiş vəsaitlərin cəmidir.

Akqabay