Baş Prokurorluğun əməkdaşları Avropa İttifaqının təşkil etdiyi tədbirdə iştirak etdi
    • 21-12-2022, 17:31
    • 235

Baş Prokurorluğun əməkdaşları Avropa İttifaqının təşkil etdiyi tədbirdə iştirak etdi

Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları Avropa İttifaqının təşkil etdiyi tədbirdə iştirak ediblər.

Bu barədə News24.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi, Beynəlxalq hüquqi əməkdaşlıq idarələrinin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları 20-21 dekabr 2022-ci il tarixlərində Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramının ikinci mərhələsi çərçivəsində icra olunan “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi” Layihəsi çərçivəsində “Müsadirə üsulları – Çətinliklər və Tövsiyələr” mövzusunda keçirilən seminarda iştirak ediblər.

Tədbirdə beynəlxalq ekspert David Mattan xüsusi müsadirə, məhkumluğa əsaslanmayan müsadirə, genişləndirilmiş müsadirə və müsadirənin digər üsulları, müsadirə məqsədilə maliyyə istintaqı və çirkli pulların yuyulması halları üzrə cinayət təqibi sahəsində yeni tendensiyalarla əlaqə, aktivlərin idarə edilməsi barədə məlumat verilməklə tədbir iştirakçıları ilə interaktiv formada fikir mübadiləsi aparılıb.