-
- 14-07-2023, 20:19
- 429
56 yaşlı balıqçını cərəyan vuraraq öldürüb
Lənkəranda balıq tutan 56 yaşlı kişini cərəyan vuraraq öldürüb.
News24.az-ın məlumatına görə, hadisə rayonun Girdəni kəndində baş verib.
Belə ki, 1967-ci il təvəllüdlü kənd sakini Rövşən Dədəxan oğlu Yüzbaşıyev balıq ovlayarkən əlindəki qırmaq yüksəkgərginlikli elektrik xəttinə toxunub.
Bu zaman onu cərəyan vurub və hadisə yerində ölüb. Kənd sakinlərinin sözlərinə görə, əkin sahələrinin suvarılması üçün istifadə olunan su kanalında həvəskar balıqçılar ov edir. Kanalın yaxınlığından isə yüksəkgərginlikli elektrik xətti keçir.
Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.