Biləsuvar sakini bıçaqlanıb
    • 15-07-2023, 01:01
    • 216

Biləsuvar sakini bıçaqlanıb

Biləsuvar rayonunun Təzəkənd kəndində bıçaqlanma hadisəsi baş verib.

Rayonun Ağalıkənd kənd sakini, 1983-ci il təvəllüdlü Vasif Abbasov kürək nahiyəsindən bıçaqlanıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona bıçaq xəsarəti yetirməkdə Təzəkənd kənd sakini, Vasif Məmmədov şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır. /Report/