Bakıda qanunsuz silah gəzdirən keçmiş məhkum saxlanılıb
    • 1-03-2019, 11:58
    • 923

Bakıda qanunsuz silah gəzdirən keçmiş məhkum saxlanılıb

Nəqliyatda Baş Polis İdarəsi əməkdaşlarının Suraxanı dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz silah gəzdirməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Hüseynov saxlanılılıb.

DİN Mətbuat Xidmətindən News24.az-a  verilən məlumata görə, əvvəllər quldurluq, xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan A.Hüseynovdan nömrəsi silinmiş “Naqan” tipli tapança və 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.