Azərbaycanda zəlzələ oldu
    • 17-07-2023, 11:20
    • 220

Azərbaycanda zəlzələ oldu

Cəlilabad rayonunda 3 maqnitudalı zəlzələ olub.

Bu barədə News24.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Belə ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:27-də Cəlilabad stansiyasından 9 km qərbdə, Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.

18 kilometr dərinlikdə olan zəlzələ hiss edilməyib.