Eldar Qasımov: “Deyirlər ki, sifətim pis gündədir” – VİDEO-MÜSAHİBƏ
    • 1-03-2019, 12:19
    • 2 283

Eldar Qasımov: “Deyirlər ki, sifətim pis gündədir” – VİDEO-MÜSAHİBƏ

“Fəxri adlardan imtina etmək lazımdır”

News24.az saytının növbəti müsahibi “Eurovision” qalibi, tanınmış müğənni Eldar Qasımovdur.

İfaçı söhbət zamanı “Eurovision”dan öncəki fəaliyyətindən danışıb, həmkarlarını toyda fonoqram oxumaqda ittiham edib.

Eldar Qasımov, Azərbaycanda şou-biznesin olmadığını bildirərək bunun səbəbini açıqlayıb: “Əfsuslar olsun ki, sözün əsl mənasında şou-biznes deyilən bir şey yoxdur. Çünki şou-biznes sözü başqa maştabları, pulları, səhnələri, artistləri və ən əsası da başqa performansları tələb edir. Hansı ki, hər kəsi feyziyab edib düşündürə bilsin. Çox heyif ki, mən çox nadir hallarda kiminsə nə isə bacardığını görürəm. Əgər kimsə digərinin heç nə bacarmadığını deyirsə, inanın ki, onun özü də heç bir şey bacarmır”.

Xarici görünüşündə hər zaman yeniliklər edən Eldar Qasımov, bununla bağlı onun ünvanına deyilən sözləri əhəmiyyətli hesab etmir.  
Videomüsahibəni təqdim edirik:

Teymur MƏMMƏDOV
Video: Fərid ŞABANOV