Sahibsiz itlərlə bağlı hansı mübarizə tədbirləri görülür? — AÇIQLAMA
    • 17-07-2023, 12:45
    • 421

Sahibsiz itlərlə bağlı hansı mübarizə tədbirləri görülür? — AÇIQLAMA

Sahibsiz itlərə qarşı qarşı müəyyən mübarizə tədbirləri həyata keçirilsə  də, hələ Bakının mərkəzində, ətraf kənd və qəsəbələrində sahibsiz itlərə rat gəlirik. Əsasən də gecə saatlarında küçələrdə ulaşan itlər əhali arasında böyük narahatlıq doğurur.  Bəzən paytaxtın ətraf qəsəbələrində sahibsiz itlərin əlindən yol getmək olmur. Yəni, insanlar hər an onların hücumu ilə üzləşə bilərlər. 

Maraqlıdır, sahibsiz itlərlə bağlı hansı mübarizə tədbirləri görülür?

"Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzindən News24.az-a bildirildi ki, Mərkəz tərəfindən sahibsiz küçə itlərinə qarşı Bakı şəhərində mübarizə tədbirlərini həyata keçirilir. Qurumdan verilən məlumata görə, mərkəzin işçiləri tərəfindən itlər torla humanist qaydada tutularaq mərkəzə gətirilir. 
Qeyd edilib ki, burada baytar həkimləri onları qısırlaşdırma əməliyyatı edir və şəhər ətrafı ərazilərə qaytarılır. 

"Mərkəz üzərinə düşən vəzifə öhdəliyini  maksimum yerinə yetirir. Düzdür, müəyyən ünvanlarda hələ də itlər qalıb, ancaq mübarizə tədbirləri də davam edir. Ümumiyyətlə, mərkəz sahibsiz itlərin tutulmasıyla məşğuldur. Mərkəz yalnız Bakı şəhərinin inzibati ərazi bölgülərində xidmət göstərir. Biz Abşeron rayonunda fəaliyyət göstərmirik".

Mərkəzdən bildirildi ki, itlərin quduz olub-olmamasını əvvəlcədən təyin etmək mümkün deyil. 

"Əgər yaşadığınız ünvanda sahibsiz küçə itləri varsa, bizə müraciət edilsin. Təbii ki, işçilərimiz yaxınlaşıb müəyyən tədbir görəcəklər".

Aynurə