Ayseldən çoxdan gözlənilən xoş xəbər — VİDEO
    • 17-07-2023, 13:05
    • 760

Ayseldən çoxdan gözlənilən xoş xəbər — VİDEO

Ailə qurduqdan sonra sənətdən gedən Avroviziya 2009 təmsilçimiz Aysel Teymurzadə rus dilində yeni mahnı yazdırıb.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Aysel instaqramda məlumat yayıb. O bildirib ki, "Воплощение мечты" adlı kompozisiyanın həm sözləri, həm də musiqisi Aytən Əliyevaya aiddir. Mahnı bu yaxınlarda yutubda təqdim olunacaq.

Qeyd edək ki, Xalq artisti Murad Adıgözəlzadə ilə evli olan sənətçinin 3 övladı var.