-
- 17-07-2023, 13:29
- 299
REAL bağlanmaq təhlükəsi ilə üz-üzə — Cəmi 463 üzv
Ədliyyə Nazirliyi REAL partiyasının qeydiyyat üçün təqdim etdiyi üzvlük siyahılarını yoxlayıb.
News24.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə partiyanın sədri İlqar Məmmədov bildirib.
Partiya sədrinin sözlərinə görə, nazirlik siyahılarda təqdim edilən 986 nəfərin partiyaya üzv olmadığını bildirib. Bundan başqa 1058 nəfərin telefon nömrəsi kimi partiyanın nömrəsi göstərilib, 2527 nəfər barədə məlumatlar (adı, soyadı, doğum tarixi) Əhalinin Dövlət Reyestrində tapılmayıb, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb.
"Beləliklə, partiyamızın siyahısında cəmi 463 nəfərim adı “keçərli” oldu. Qanuna əsasən növbəti 30 gün ərzində ya 4500+ nəfərin məlumatlarını “düzəltməli”, ya da eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq", - Məmmədov vurğulayıb.
Xatırladaq ki, bu ilin yanvar ayının 14-də Prezident İlham Əliyev "Siyasi partiyalar haqqında" Qanunu təsdiqləyib. 6 fəsil və 30 maddədən ibarət yeni qanunda siyasi partiyanın qeydiyyatı üçün 5 min üzv tələb edilir və bunun üçün onlara 6 ay vaxt verilib. Partiyalara verilən vaxt ötən həftə başa çatıb.
Onu da qeyd edək ki, Azərbaycanda son aylarda 28 partiya fəaliyyətini dayandırıb.