Deputat : "Heç erməni də bu hadisəni törətməzdi"
    • 25-07-2018, 12:05
    • 2 124

Deputat : "Heç erməni də bu hadisəni törətməzdi"

Deputat Fazil Mustafa son günlərdə ölkə mətbuatının gündəmində olan 3 hadisəyə sosial şəbəkədəki hesabı vasitəsi ilə fikir bildirib.

Son günlərin üç hadisəsinə verilən reaksiyalara diqqət edirəm. Ardıcıllıqla belə sadalamaq olar: Birincisi, erməni müğənni Zaranın Bakıdakı "Jara"ya gəlişinə etirazlar; İkincisi, Qubada ərəb turistə ağacın kölgəsində daldalanmağa 5 manat pul tələbinə təəccüb; Üçüncüsü, Yasamalda onlarla ağacın dibinə kimyəvi turşu (xalq arasında əzəldən buna "kislota" deyərlər) tökərək qurudulmasına heyrət. Görəsən cəmiyyətimizin insanları üçün bu üç hadisədən hansı daha vahimdir?. Lakin bunu da o samovar qaynadan uşağa izah etmək mümkündür ki, Allahın kölgəsini özüəlləşdirmə, adamdan içdiyi çayın pulunu alıb yola salman daha doğru və əxlaqlı davranış olar”.