Kolbasa və sosislərə bu təhlükəli maddələr vurulur -  XƏBƏRDARLIQ
    • Bu gün, 05:00
    • 201

Kolbasa və sosislərə bu təhlükəli maddələr vurulur - XƏBƏRDARLIQ

Həkimlər kolbasa və sosislərin çox istifadəsinin orqanizm üçün ciddi təhlükə yaratdığını bildirir. Bu məhsulların çox istehlakı xərçəng, ürək-damar xəstəlikləri, diabet riski, piylənmə və maddələr mübadiləsi kimi problemlər ortaya çıxırarır. Bəs görəsən ölkəmizdə də yetəri qədər sevilən, xüsusilə uşaqların vazkeçilməzi olan bu qida məhsulunun sözügedən risklərdəki payı nə qədərdir?

Məsələ ilə bağlı TNS-ə açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, ölkədə 20-dən çox kolbasa istehsalçısı var: “Lakin bunların çox az hissəsi, 4-5 istesalçı standartlara uyğun, təmiz ətdən kolbasa, sosis məmulatları istehsal edən müəssisələrdir. Qalanları isə naməlum tərkibli ətlərdən, kimyəvi maddələrdən istifadə edir. Bu cür kolbasa və sosis istehsalçılarının mallarına metrostansiya çıxışlarında, “8-ci km bazarı”nda, bəzən isə meyvə dükanlarında rast gəlinir. Belə, standartlara uyğun olmayan ət məhsulları təhlükəlidir.  Təsadüfi deyil ki, istehlakçını düşündürən amillərdən biri də “necə olur ki, ət məhsulunun qiyməti ətin qiymətindən qat-qat ucuz olur?” məsələsidir”.

Qanunsuz istehlakla bağlı qurumların fəaliyyətlərindən danışan ekspert bildirib ki, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi ölkənin müxtəlif yerlərindən ölmüş, istehsalata uyğun olmayan at, ulaq ətlərinin Bakıya daşınmasını ifşa edib, həbslər həyata keçirib: “Təəssüflər olsun ki, dövlət qurumları bu işləri ardıcıl, davamlı aparmır. Bu cür ətlər məhz etiketsiz və təhlükəli ət məhsulları istehsal edən kolbasa və sosis sexlərinə verilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də bu məsələni tamam aydın həll edib, sonuna çıxmır. Nəticədə çox sayda belə ət məhsulu istehsal edən müəssisələr yaranır. Qeyd edim ki, qoca heyvan ətindən, Braziliyadan, Hindistandan gətirilən normal, təmiz ətdən kolbasa və sosis istehsal edən müəssisələr də var. Lakin bütün hazır qidaların tərkibinə müxtəlif  inqriyentlər qarışdırılır. Həmin ətlərin tərkibinə insan üçün arzuolunmaz stabilizatorlar, dadvericilər, uzun müddət saxlanması, xarab olmaması üçün kimyəvi maddələr qarışdırılır. Ona görə də bu məmulatları müntəzəm yemək məsləhət görülmür. Digər qidalarda olduğu kimi, Rusiyadan və başqa ölkələrdən Azərbaycana  sosis, kolbasa və başqa məmulatlar da gətirilir. Təəssüflər olsun ki, əhali xarici məhsullara üstünlük verir, bu çox böyük səhvdir. Bütün hallarda xarici məhsullar daha çox kimyalaşmış, zərərli olur, baxmayaraq ki, onların iyi, dadı, etiketi cəlbedicidir. İstehlakçılar xarici mallardan uzaq olmalıdır. Bütün hallarda yerli mallar daha üstündür. Bir sözlə, istehlakçılar etiketi, istehsal müəssisəsi, son yararlıq müddəti məlum olmayan kolbasa və sosis növlərindən uzaq olsunlar”.