Damla "Çamadan"ı təqdim etdi - VİDEO
    • 1-03-2019, 13:00
    • 1 974

Damla "Çamadan"ı təqdim etdi - VİDEO

Müğənni Damla “Çamadan” adlı yeni klipini təqdim edib.

News24.az xəbər verir ki, mətbuat konfransı keçirərək media nümayədələri ilə görüşən ifaçı çəkilişlərin Türkiyədə baş tutduğunu bildirib.

Damla son zamanlar mahnılarında qeyri-adi adlardan istifadə etməsinə də aydınlıq gətirib. O, standart sözlərdən qaçdığını açıqlayıb.

Qeyd edək ki, qısa zaman ərzində “YouTube”da 200 min baxış toplayan “Çamadan” mahnısının sözləri Elçin Məhərrəmova, musiqisi Cəsur Abdurrəhmanova aiddir.

Klipin rejissoru İrem Haykırdır.

Yeganə RZAXANOVA