Bakıda aeroport yolunda ağır qəza - FOTOLAR
    • 17-07-2023, 15:52
    • 216

Bakıda aeroport yolunda ağır qəza - FOTOLAR

Bakıda aeroport yolunda avtomobillər toqquşub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, aeroport yolu, Ramana qəsəbəsi ərazisindəki yerüstü keçidin yaxınlığında üzü şəhər istiqamətində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

İki avtomobilin toqquşması ilə baş verən hadisə səbəbindən həmin istiqamətdə tıxac müşahidə olunur.