Bakının mərkəzində avtomobil pilləkənlərə dırmaşdı – ŞİKAYƏT - FOTO
    • 1-03-2019, 13:45
    • 945

Bakının mərkəzində avtomobil pilləkənlərə dırmaşdı – ŞİKAYƏT - FOTO

Paytaxımızda, əsasən də mərkəzi ərazilərdə avtomobillərin parklanması ciddi problemlərdəndir.

Sürücülər parkinq yerlərinin olmamasından, dövlət qurumları isə sürücülərin kütləvi şəkildə qaydaları pozmasından narazılıq edir.

News24.az xəbər verir ki, bu günlərdə şəhərin mərkəzində “Toyota Land Cruiser” markalı – 99FF258 qeydiyyat nişanlı avtomobilin pilləkənlərə park edilməsi də ciddi narazılıq yaradıb.

Ərazidə yaşayan sakinlər avtomobilin şəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıb və sürücünü tənqid ediblər.

Taleh BAĞIROV