-
- 1-03-2019, 14:27
- 708
Azərbaycanl rəssamın əsərləri ölkə xaricində nümayiş olunacaq
Yaradıcı Rüstəmovlar ailəsinin nümayəndəsi Teymur Rüstəmov mart ayı ərzində Tacikistanın Düşənbə şəhərində yerləşən Serena mehmanxanasının Məşrəbiyə zalında əsərlərini nümayiş etdirəcək.
News24.az xəbər verir ki, rəssam və fəlsəfə elmləri doktoru T.Rüstəmov Düşənbə şəhərində işləyib hazırladığı ekpozisiyalar haqqında bunları qeyd edib:
“Demək olar ki, hər bir rəssamın yaradıcılığında əsərlərinin müxtəlifliyinə, onların işləmə tərzi və rəngarəngliyinə baxmayaraq, onu digər sənətkarlardan fərqləndirəcək əsas keyfiyyətləri mövcuddur. Bu keyfiyyətlər zamanla güclənərək rəssamın konseptual kredosuna çevrilir. Məhz bu tərəqqi bir növ rəssamın yaradıcılıq təməlinin və gələcək inkişafının istinad nöqtəsidir. Təsviri incəsənət üzrə Azərbacanlı sənətkarın yaradıcılığındakı kanonik keyfiyyətlər fərqlənir: həcm, materialın ağırlığı (müəllifin ən sevdiyi materiallardan biri daşdır), həndəsi formanın sadəliyi, sərt asketizmlə zərifliyin ahəngi, üslubun radikallığı, rasionallıq, (formal həllərin riyazi uyğunluğu və əsaslandırılması), simvolizm, həndəsi mücərrədlik, kinetika, müasir incəsənətlə ənənələrin sintezi, oyun elementlərinin iştirakı və ən əsası, müəllifin özü tərəfindən sanki kultlaşdırılmış sözsüzlüyun sirri….Teymur müasir, ictimai rəssam olmaqla yanaşı var olmanın məhdud üfüqlərini yaradıcılıq strategiyasına kannonik keyfiyyətlər vasitəsilə çatdıran peşəkar sənətkardır.”
Teymur Rüstəmov öz sərgisi barədə bunları deyib: “Tacikistan gözəl və sərt dağ landşaftı olan ölkədir. İlk baxışdan əlçatmaz görünən bu dağlarda istedadlı Tacik sənətkarlarının gündəlik istifadə materiallarına çevrilmiş hədsiz sayda qiymətli və yarı-qiymətli daşlar mövcuddur. Bol günəş işığı və suyu ilə zəngin bu ölkənin rəngarəngliyinə laqeyd qalmaq mümkün deyil. Azərbaycan burada çox sevilir və mən ümid edirəm ki, sərgiyə gələn insanları, həmçinin dostlarımı sənətimlə təsirləndirə biləcəm.»
Teymur Rüstəmov Azərbaycanın Rəssamlar İttifaqının üzvüdür. 2012 ildə o, “Tərəqqi” medalına layiq görülüb. 2013-cü ildə Heydər Əliyev Fondunun təşkil etdiyi “Küknar” müsabiqəsində 2-ci yeri qazanmışdır. 2013-cü ildə Teymur, həmçinin Azərbaycanın Rəsamlar İttifaqı tərəfindən “Sultan Məhəmməd” mükafatı, qızıl medal və Gran Pri ilə təltif edilmişdir. 2015-ci ildə Teymur Azərbaycanın təsviri incəsənətinə verdiyi töhvələrinə görə “Zirvə” mükafatına layiq görülmüşdür. Teymur 2009-cu ildə 53-cü Venesiya Biennalesinə və 2014-cü ildə Londonda Azərbaycan günlərinə iştirakçı qismində qatılmışdır. Heykeltəraşın əl işləri Azərbaycan, Avstriya, Böyük Briyaniya, Almaniya, Amerika, Rusiya və digər ölkələrin muzeylərində və şəxsi kolleksiyalarda saxlanmaqdadır.