İranda helikopter qəzaya uğradı
    • 18-07-2023, 15:32
    • 147

İranda helikopter qəzaya uğradı

İranda helikopter qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə İranın rəsmi agentliyi İRNA məlumat yayıb. 

Bildirilib ki, qəza helikopter təcili eniş etmək istəyərkən baş verib.

Hadisə ilə bağlı açıqlama verən İranın fövqəladə hallar təşkilatının rəhbəri Cəfər Miadfər bildirib ki, təcili xilasetmə helikopteri İranın cənub-qərbindəki Kohgiluye və Boyer-Əhməd əyalətində texniki nasazlıq səbəbindən çətin eniş edib. O, heyətin vəziyyətinin yaxşı olduğunu və tibb işçiləri tərəfindən 12 yaşlı uşaq üçün lazımi müalicənin aparıldığını bildirib.
 
Qumral