Reabilitasiya xidməti göstərilən müharibə veteranlarının sayı açıqlandı- VİDEO
    • 18-07-2023, 16:41
    • 236

Reabilitasiya xidməti göstərilən müharibə veteranlarının sayı açıqlandı- VİDEO

Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspsertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində 2 769 müharibə veteranına sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilib. 

Bu haqda News24.az-a Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyin İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov məlumat verib. 

Bu dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 1941 müharibə əlilinə 39,7 min reabilitasiya vasitəsi verilib. 

I və II Qarabağ müharibəsində yaralanaraq aşağı və yuxarı ətrafları amputasiya olunmuş ümumilikdə 432 hərbçi 451 yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib. 

Ayfər Nizaməddinqızı