Qərb bu cəbhədə Rusiyaya uduzdu - “Politico”
    • 18-07-2023, 16:55
    • 198

Qərb bu cəbhədə Rusiyaya uduzdu - “Politico”

Avropa İttifaqı və Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin sammitində iştirakçılar arasında Ukrayna ilə bağlı mövqelərinə görə ziddiyyətlər yaranıb.

News24.az xəbər verir ki, bu barədə “Politico” yazır.

“Aİ-nin müzakirəçiləri Latın Amerikası dövlətlərini Rusiyanı Ukraynadakı hərəkətlərinə görə qınamağa inandırmağa çalışdıqları üçün yüksək səviyyəli söhbət tez başa çatıb. Bir neçə raund danışıqlara baxmayaraq, tərəflər razılığa gələ bilməyib. Üstəlik, bəzi rəsmilər sammit iştirakçılarının ümumiyyətlə, heç bir birgə bəyanatla çıxış edə bilməyəcəyindən ehtiyat etdiklərini bildiriblər”, - məqalədə qeyd olunur.

“Birgə bəyannamənin mətninin razılaşdırılmaması, blokun BMT-də və ondan kənarda Ukraynaya dəstək üçün səsləri birləşdirməyə çalışdığı elə bir məqamda Avropa İttifaqının etibarına zərbə olacaq”, - deyə materialda deyilir.

Akqabay