-
- 9-06-2023, 11:02
- 293
Üç ölkənin lideri bir araya gəlir – Kritik müzakirə
Almaniya kansleri Olaf Şolts və Polşa Prezidenti Anjey Duda Fransa Prezidenti Emmanuel Makronla Ukraynanın NATO-ya daxil olmasından əvvəl ona təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı danışıqlar aparmaq üçün Parisə gələcəklər.
News24.az xəbər verir ki, bu barədə “Politico” bir neçə Fransa rəsmisinə istinadən yazır.
Danışıqların iyunun 12-də baş tutacağı gözlənilir. İclasda “Ukraynanın NATO-ya üzvlük istəkləri və alyansın iyulda keçiriləcək sammiti öncəsi müttəfiqlərin təhlükəsizlik zəmanətləri” müzakirə olunacaq. Prezidentlər həmçinin Avropa suverenliyi və müdafiə kimi digər mövzuları da müzakirə edəcəklər.
Fransız diplomatın sözlərinə görə, NATO üzvləri Ukraynanın əks hücuma keçdiyi bir vaxtda Rusiyaya “güclü siqnal” göndərməlidir.
Adının açıqlanmasını istəməyən diplomat deyib: “Əgər hamını qane edən bir həll tapmasaq, heç bir bəyanatla çıxış etməyəcəyimiz riski var və bu, Rusiyaya verə biləcəyimiz ən böyük hədiyyə olacaq”.
Keçən həftə Makron Ukrayna üçün “etibarlı, konkret və hiss olunan” təhlükəsizlik təminatlarına çağırıb və Kiyevə “NATO üzvlüyünə gedən yol” təklif edilməli olduğunu deyib.
Bununla yanaşı, Şolts bəyan edib ki, diqqət Ukraynanın Alyansa üzvlüyünə deyil, Kiyevin dəstəyinə yönəlməlidir. Polşa dəfələrlə Ukrayna üçün etibarlı təhlükəsizlik təminatları tələb edib.
Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun Vilnüs sammitində Ukrayna üçün təhlükəsizlik zəmanəti alacağını gözlədiyini bildirib.
“Politico” yazıb ki, Qərb ölkələri Kiyevin tələb etdiyi təhlükəsizlik zəmanətlərini Ukraynaya verə bilməyəcək. Qərb ölkələrinin liderləri Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi, eləcə də bu cür təminatların formatı ilə bağlı hələlik konsensusa gələ bilməyiblər.
Akqabay