Məmməd Əzizova 66 min, Şahin Novruzluya isə 20 min təzminat verilir
    • 18-07-2023, 17:10
    • 164

Məmməd Əzizova 66 min, Şahin Novruzluya isə 20 min təzminat verilir

2013-cü ildə həbs edilərək sonradan bəraət alan NİDA Vətəndaş Hərəkatının keçmiş üzvü Şahin Novruzluya təzminat ödəniləcək.

News24.az 
xəbər verir ki, bununla bağlı Nəsimi Rayon Məhkəməsi qərar qəbul edib.

Məhkəmədə Ş.Novruzlunun hüququ tanınıb, ona mənəvi ziyana görə 20 min manat təzminat ödənilməsinə qərar verilib.

Həmçinin, iddiaçı həbs edilən vaxt evindən götürülərək müsadirə edilən 94 min manat pul vəsaiti də geri ödəniləcək.

Bundan başqa, bir müddət əvvəl eyni işlə bağlı bəraət almış eks-NİDA-çı Məmməd Əzizova 66 min 770 manat təzminat ödənilib.

Xatırladaq ki, Ş.Novruzlu və M.Əzizov 2013-cü ildə həbs ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar kütləvi ixtişaşların təşkili və qanunsuz narkotik dövriyyəsində təqsirli bilinərək 8 ilə kimi azadlıqdan məhrum edilib, bir müddət sonra əfv olunublar.

2021-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Məmməd Əzizov və Şahin Novruzluya münasibətdə Avropa Konvensiyasının bəzi müddəalarının pozulduğu barədə qərar qəbul edib.

Bundan sonra Ali Məhkəmə hər iki fəala bəraət verib./publika/