Polşa hökuməti Ukrayna taxılını almaqdan imtina etdi
    • 18-07-2023, 17:52
    • 315

Polşa hökuməti Ukrayna taxılını almaqdan imtina etdi

“Ukrayna taxılının idxalından rəsmi şəkildə imtina edirik”. 

News24.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski yerli telekanallardan birinin canlı efirində bəyan edib. 
Hökumət başçısı bildirib ki, bu qərar kifayət qədər sərt olsa da, əsas məqsəd daxili bazarı risklərdən qorumaqdır. M. Moravetskinin sözlərinə görə, Polşa sadəcə taxılın digər dövlətlərə göndərilməsində tranzit ölkə rolunu oynaya bilər:
“Bu qərarın kifayət qədər sərt olacağını bilirəm, lakin söhbət strateji maraqlarımızın qorunmasından gedir. Mən uzun müddətdir Avropa İttifaqının da diqqətini region ölkələrində taxılın yetişdirilməsi üçün müvafiq infrastrukturun yaradılmasına cəlb etməyə çalışıram. Hesab edirəm ki, həm Avropa Komisisyası, həm də ABŞ Ukraynada istehsal olunan taxıl məhsullarının tranziti üçün müvafiq mexanizmlər üzərində işləməlidir. Biz bu məsələdə sadəcə vasitəçilik missiyasını üzərimizə götürə bilərik, lakin heç bir dövlət ölkəmizi Ukraynadan taxıl idxalına məcbur edə bilməz. Çünki burada söhbət ilk növbədə yerli fermerlərin iqtisadi maraqlarını qorumaqdan gedir”.

Fərid Azəri