Zelenski çətin vəziyyətdədir: ABŞ dəstəyi dayandırsa Rusiya...
    • 18-07-2023, 18:14
    • 194

Zelenski çətin vəziyyətdədir: ABŞ dəstəyi dayandırsa Rusiya...

“ABŞ-ın Ukraynaya verdiyi dəstəyi dayandıracağı təqdirdə Vaşinqton Moskva ilə birbaşa danışıqlara başlayacaq”.

News24.az xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor bildirib. 

Onun sözlərinə görə, ABŞ prezidenti Ukraynaya göstərilən bundan sonra istənilən yardımın dayandırılması barədə Moskvaya məlumat verməldir. 
Həmçinin Birləşmiş Ştatlar bütün hərbi və kəşfiyyat xidmətlərini münaqişə zonasından çıxarmalıdır.

“Biz bunu etsək, müttəfiqlərimizin o zaman nə edəcəyini düşünürsünüz? Eynisini..."- Makqreqor bildirib.

“Əgər biz bunu etsək, müttəfiqlərimizin  o zaman nə edəcəyini haqqında fikirləşirsiniz? Eynisini düşünücəklər”, - deyə Makqreqor qeyd edib.
O əlavə edib ki, Rusiya ilə ABŞ arasında dialoq nəticəsində Ukraynadan qalanlar neytral olacaq.
Və Ukrayna lideri bu  nəticədən qorxur: "Çünki o, dövlət torpaqlarını tabeliyində olan müxtəlif şirkətlərə verməklə bağlı bir neçə müqavilə imzalayıb".

Keçmiş müşavir hesab edir ki, hazırda Ukrayna prezidenti çıxılmaz vəziyyətdədir, heç nəyə nail olmayıb və Ukrayna Silahlı Qüvvələrinin yüz minlərlə əsgəri məhz buna görə həlak olub.

Arzu