Ərdoğan: Tankların Ukraynaya göndərilməsi həll yolu deyil, riskdir
    • 2-02-2023, 00:38
    • 243

Ərdoğan: Tankların Ukraynaya göndərilməsi həll yolu deyil, riskdir

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə ehtiyac olduğu təqdirdə tez-tez telefon danışığı aparıram.

News24.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT telekanalına müsahibəsində bildirib.

Türkiyə lideri Ukraynaya tankların göndərilməsi məsələsinə də münasibət bildirib.

O qeyd edib ki, tankların Ukrayana göndərilməsi həll yolu deyil: "Tankların göndərilməsi həll yoludur deyə bilmərəm, çünki bu, risklidir və daha çox silah alverçilərinin xeyrinədir".