-
- 19-07-2023, 12:21
- 226
Ukrayna ərazilərində güzəştə gedəcək- əgər qışa qədər Rusiya..
Londonun “Civitas” analitik mərkəzinin eksperti Robert Klarkın fikrincə, Ukraynanın əks-hücum əməliyyatı uğursuz olsa, Kiyev və Qərb Rusiyaya “ərazi güzəştlərinə” getməyə məcbur olacaq. Bu, onlar üçün sarsıdıcı məğlubiyyətlə nəticələnəcək.
News24.az xəbər verir ki, bu barədə “Daily Telegraph” yazır.
Əgər qış başlayana qədər Ukrayna Silahlı Qüvvələri hələ də Krımla Rusiya arasında quru dəhlizini kəsə və itirilmiş əraziləri qaytara bilmirsə, o zaman Qərb Kiyevi Moskvaya ərazi güzəştinə getməyə çağırmağa başlayacaq.
Nəşrin məlumatına görə , bu vaxta qədər münaqişə yorğunluğu öz təsirini göstərəcək, beynəlxalq avadanlıq və sursat ehtiyatları tükənəcək və Qərb siyasətçiləri seçkilər ərəfəsində daxili proqramlar üçün büdcədən narahat olmağa başlayacaqlar.
Klarkın sözlərinə görə, Ukraynanın çoxdan hazırladığı əks-hücum Kiyev üçün çox çətin olub. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Qərbin vəd etdiyi texnikanın bir hissəsini almayıb.
Ekspert qeyd edir ki, zaman Ukraynaya qarşı hərəkət edir. Ukrayna fəallığını azaltsa, bu, Rusiyaya imkan verəcək ki, müdafiəsini gücləndirsin.
Arzu