İstanbulda güclü zəlzələ və sunami xəbərdarlığı: hazırlıqlar başladı
    • 19-07-2023, 14:16
    • 434

İstanbulda güclü zəlzələ və sunami xəbərdarlığı: hazırlıqlar başladı

Türkiyə hakimiyyəti İstanbulu mümkün dağıdıcı zəlzələyə hazırlamaq niyyətindədir. 

News24.az
xəbər verir ki, bunu bunu Türkiyənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki mətbuat konfransında deyib.

“İstanbulda gözlənilən zəlzələ ilə bağlı İstanbul böyük şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və bölgə rəhbərləri ilə görüşdük, prinsipial razılığa gəldik. Gələn həftə fəlakətə hazırlaşmaq üçün işə başlayırıq”, - Özhaseki qeyd edib.

Xatırladaq ki, iyulun 12-də türkiyəli seysmoloq Naci Görür 17 milyon əhalisi olan İstanbulun yerləşdiyi Mərmərə dənizində 7,2-7,6 bal gücündə zəlzələ olacağını proqnozlaşdırıb. O bildirib ki, təkanlar Mərmərə dənizində güclü sunamiyə səbəb ola bilər. Onun sözlərinə görə, sunami olarsa, şəhərin bir hissəsi su altında qalacaq və bütün ölkə onun nəticələrini hiss edəcək.

Akqabay