Dağıdıcı maqnit qasırğaları olacaq
    • 19-07-2023, 17:05
    • 259

Dağıdıcı maqnit qasırğaları olacaq

Yaxın günlərdə planetdə güclü maqnit qasırğaları olacaq. Buna səbəb gözlənilməz günəş partlayışıdır. 

News24.az
bu barədə xarici KİV-ə istinadla xəbər verir. 

Mütəxəssislərin verdiyi proqnoza görə, geomaqnit prosseslərinin təsiri iyulun 22-dək hiss ediləcək.
 
20 iyul 2023-cü il tarixlərində maqnit qasırğası: planeti dağıdıcı geomaqnit hücumu gözləyir.

Alimlər izah edirlər ki, iyulun 18-də Günəşdə tac kütləsi atılıb və bu, bu gün, iyulun 19-da 1-2 balla qiymətləndirilən gözlənilən maqnit qasırğalarına səbəb olub. Aktivliyin pik nöqtəsi iyulun 20-də olacaq, geomaqnit hücumları 5 bala çata bilər.

Maqnit qasırğaları insanların sağlamlığına təsir edə bilər. Bu dövrdə meteohəssas insanlarda baş ağrıları, təzyiqin dəyişməsi, başgicəllənmə, nəfəs almaqda çətinlik, yuxunun pozulması, yorğunluq, oynaqlarda və sümüklərdə ağrılar, həmçinin xroniki xəstəliklərin kəskinləşməsi müşahidə oluna bilər.

Mütəxəssislər spirtli içkilərdən və siqaretdən imtina etməyi, ağır fiziki gücdən çəkinməyi tövsiyə edirlər. Açıq havada daha çox vaxt keçirmək, kifayət qədər su içmək və kontrastlı duş qəbul etmək lazımdır.

Təzyiqlərin tam səngiməsinin iyulun 22-də baş verəcəyi proqnozlaşdırılır.

Arzu