Bayden Çinə təslim olur: Ağ bayraq qaldıracaq - Senator
    • 20-07-2023, 10:40
    • 153

Bayden Çinə təslim olur: Ağ bayraq qaldıracaq - Senator

“Co Bayden Çinə təslim olur və Con Keri orada ağ bayraq qaldırmaq üçün Çinə gedir”.

News24.az xəbər verir ki, bunu ABŞ-da Respublikaçı senator Con Barasso deyib. 

O, Baydenin Çinə qarşı yürütdüyü siyasəti sərt tənqid edib. Bundan əlavə, Barrasso Demokratlar Partiyasını ABŞ-ın milli maraqlarına zidd olan, təhlükəsizliyə xələl gətirən və iqtisadiyyata mənfi təsir göstərən “iqlim isteriyasında” ittiham edib. Senatorun sözlərinə görə, faydalı qazıntıların hasilatına qoyulan məhdudiyyətlər ölkənin, xüsusən də Çindən enerji müstəqilliyi əldə etməsinə mane olur.

Bu arada Çinin Vaşinqtondakı səfiri Ci Feng bildirib ki, hər iki ölkə paralel olaraq uğurla inkişaf edə bilər. Pekin rəqabət bəhanəsi ilə ABŞ-la texniki və ticarət müharibəsinə can atmır. 

Xatırladaq ki, bundan əvvəl Bayden Çini və Çin prezidenti Si Cinpini Amerika dövlətini dünyanın aparıcı hərbi və iqtisadi qüdrəti kürsüsündən sıxışdırmağa çalışmaqda ittiham etmişdi.

Arzu