Ermənistan həbsxanasında 3 məhbus aclıq aksiyası keçirir
    • 1-03-2019, 18:28
    • 706

Ermənistan həbsxanasında 3 məhbus aclıq aksiyası keçirir

Ermənistanın “Nubaraşen” cəzaçəkmə müəssisəsində 3 məhbus aclıq aksiyası keçirir.

Ermənistan KİV-i xəbər verir ki, bunu müəssisənin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Nona Navikyan bildirib.
Məhbuslar Karen Ovanisyan, Vaçaqan Avdalyan və Muşeq Mxitaryan barələrində çıxarılan hökmə etiraz edirlər və cinayət işinin yenidən məhkəməyə qaytarılmasını istəyirlər.
Məlumata görə, K.Ovanisyan fevralın 10-da aclıq aksiyasına başlayıb. Daha sonra ona iki məhbus da qoşulub.

//Report