Aİ Rusiyaya qarşı sanksiya siyahısına beş iranlını daxil edib
    • 20-07-2023, 20:54
    • 180

Aİ Rusiyaya qarşı sanksiya siyahısına beş iranlını daxil edib

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiya siyahısına 5 iranlı rəsmi, hərbçi və iş adamını daxil edib.

News24.az​​​ xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının dərc olunan qərarında deyilir.

“İran Rusiyaya hərbi yardım göstərir. Vəziyyətin ciddiliyini nəzərə alaraq, Aİ Şurası hesab edib ki, pilotsuz uçuş aparatlarının yaradılması və Rusiyaya tədarükü ilə bağlı olan 5 fiziki şəxs barəsində sanksiya qərarı olan fiziki və hüquqi şəxslərin “qara siyahısı”na daxil edilməlidir”, - sənəddə qeyd olunub.

Sanksiya siyahısına pilotsuz uçuş aparatları üzrə ixtisaslaşan “Paravar Pars” və “Qods Aviation Industries” şirkətlərinin direktorlar şurasının hərbi və mülki üzvləri daxil edilib.