İsveçrə Avropa İttifaqının Rusiya və İrana qarşı sanksiyalarına qoşulub
    • 21-12-2022, 22:48
    • 495

İsveçrə Avropa İttifaqının Rusiya və İrana qarşı sanksiyalarına qoşulub

İsveçrə Avropa İttifaqının Rusiya və İrana qarşı sanksiyalarına qoşulub.

News24.az xəbər verir ki, bu barədə İsveçrənin Federal Şurası məlumat yayıb.

Qeyd olunub ki, dekabrın 16-da Avropa İttifaqının Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi çərçivəsində 141 fiziki şəxs, 49 təşkilat və müəssisə sanksiya siyahısına daxil edib.

“İrana gəlincə, Avropa İttifaqı dekabrın 12-də dörd fiziki şəxs və dörd müəssisəyə qarşı sanksiyalar elan edib. Bununla bağlı İsveçrənin İqtisadiyyat Nazirliyi Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib, həmçinin İranın dronlarının Rusiyaya tədarükü fonunda Aİ-nin təsdiq etdiyi məhdudiyyətləri qəbul edib”,- məlumatda deyilir.