Natəvan Babayevanın nəşi Salyana gətirilib - YENİLƏNİB
    • 21-07-2023, 00:00
    • 425

Natəvan Babayevanın nəşi Salyana gətirilib - YENİLƏNİB

Bu gün dünyasını dəyişən tanınmış aparıcı Natəvan Babayeva Salyan rayonunda dəfn olunacaq.

Bu haqda Natəvan Babayevanın qardaşı məlumat verib: "Bu gün Milli Onkologiya Mərkəzində vəfat etdi. Nəşi gecə saatlarında Salyana aparılacaq və sabah səhər saatlarında orada dəfn olunacaq".

Qeyd edək ki, Natəvan Babayeva uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi. Onun bir neçə gün öncə müalicə üçün Türkiyəyə getmək istəyərkən hava limanında halı pisləşmiş, bu səbəbdən xəstəxanaya yerləşdirilmişdi.

***
Tanınmış telejurnalist Natəvan Babayeva vəfat edib.

News24.az xəbər verir ki, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən aparıcı bu gün dünyasını dəyişib.

Xatırladaq ki, Natəvan Babayeva Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı idi. AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub.

Allah rəhmət eləsin!