Azərbaycanda şirkət rəhbəri cərimələndi
    • 21-07-2023, 16:30
    • 198

Azərbaycanda şirkət rəhbəri cərimələndi

Neftçalada şirkət rəhbəri cərimələnib.

Bu barədə News24.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, Neftçala rayonu, Qaraqaşlı kəndi ərazisində fəaliyyət göstərən "Qaraqaşlı Broyler" ASC-nin fəaliyyəti zamanı formalaşan tullantıların qalaqlanaraq yandırılması aşkarlanıb.

Faktla bağlı müəssisənin rəhbəri Heydər Əsgərov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində cərimə olunub.