Ziyarətçi sayı azalmayan Hacı Şahin Həsənlinin məzarı - VİDEO
    • 21-07-2023, 21:21
    • 715

Ziyarətçi sayı azalmayan Hacı Şahin Həsənlinin məzarı - VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin dünyasını dəyişməsindən 5 ay ötsə də, onun məzarını ziyarət edənlərin ardı-arası kəsilmir. 


News24.az-ın əməkdaşı bu gün "Qurd qapısı" qəbiristanlığında bunun şahidi olub.
-
İllərlə Hacı Şahin Həsənlionun xütbələrini dinləyən insanlar bu gün bir araya gələrək, onun məzarı başında dualar edib, İmam Hüseyn ehsanı paylayıblar. Ziyarətçilər deyir ki, sanki Hacı Şahin Həsənli yenə də minbərdə oturub sevənlərinə xütbə deyir.

Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.

Əməkdaşımızın "Qurd qapısı" qəbiristanlığında çəkdiyi görüntüləri təqdim edirik: