Güneyli fəallar daha bir aksiya KEÇİRDİ
    • 22-07-2023, 13:08
    • 428

Güneyli fəallar daha bir aksiya KEÇİRDİ

Güney azərbaycanlı fəallar Urmu gölü ilə bağlı daha bir aksiya keçiriblər.

News24.az xəbər verir ki, Təbriz şəhərində milli fəallar Urmu gölünun qurudulmasına qarşı şəhərin müxtəlif yerlərində divarlara “Urmu gölü can verir” şüarı altında vərəqlər yapışdırıblar.

Aksiyada “Millət oyan amandı, Azərbaycan talandı!”, “İran Azərbaycanın sərvətini yeyən səhradır, nə özünü gözəlləşdirəcək, nə də Azərbaycanı!” şüarları da səsləndirilib.

Aynurə