Şəfiqə Məmmədova: “Kinematoqrafçılar İttifaqı binasızdır"
    • 2-03-2019, 12:18
    • 3 202

Şəfiqə Məmmədova: “Kinematoqrafçılar İttifaqı binasızdır"

 “Azərbaycan Kinematorqfçılar İtiifaqı altı ildir binasızdır. Bununla bağlı çox ərizələr yazmışam, amma bilirəm ki, bu məktublar çatmayıb. Biz hər ay kirayə pulu veririk”. 

News24.az  xəbər verir ki, bu sözləri ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü zamanı Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova deyib.

Xalq artisti prezident İlham Əliyevdən ittifaq üçün bina xahiş edib.

Şəfiqə Axundovanın ittifaqın binasının olmaması məsələsinə prezident İlham Əliyev dərhal reaksiya verib. Dövlət başçısı şəhərin görkəmli yerində ittifaqa bina verilməsini Bakı şəhər İcra Hakimiyyətinə tapşırıb.