Xətaidə qamışlıq sahədə baş vermiş yanğın məhdudlaşdırıldı-FOTOLAR
    • 24-07-2023, 23:24
    • 208

Xətaidə qamışlıq sahədə baş vermiş yanğın məhdudlaşdırıldı-FOTOLAR

Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında məişət tullantıları və qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.

Bu barədə News24.az-a FHN-dən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.