Eldar Əzizovdan yanğınla bağlı açıqlama
    • 24-07-2023, 23:37
    • 142

Eldar Əzizovdan yanğınla bağlı açıqlama

“Yay aylarında bütün dünyada bu cür hadisələr baş verir”.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xətai rayonunda qamışlıq ərazidə baş verən yanğından danışarkən deyib.

“Nəzərə alaq ki, bu il alimlər tərəfindən planetimizdə ən yüksək temperatur qeydə alınıb. Bu qlobal istiləşmə ilə bağlı olan hadisədir. Amma tam dəqiq səbəbləri yalnız ekspertizadan sonra bilinəcək” - Eldar Əzizov deyib.