Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin edilib
    • 16-07-2018, 17:51
    • 2 569

Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin edilib

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

E.Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin edilib. O, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edir.

Xatırladaq ki, E.Əzizov 2015-ci ildə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.