Suraxanı dəmiryol stansiyasının ərazisində silahlı şəxs saxlanılıb - FOTO
    • 2-03-2019, 14:31
    • 823

Suraxanı dəmiryol stansiyasının ərazisində silahlı şəxs saxlanılıb - FOTO

Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması məqsədilə uğurlu əməliyyat həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.Az-a daxil olan məlumata görə idarə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma), 221.3-cü (Xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) və 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə məhkum olunmuş Ağdaş rayon sakini Anar Hüseynov Suraxanı dəmir yolu stansiyasının ərazisində saxlanılıb.
İdarədə onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman “Naqan” markalı odlu silah və həmin tapançaya məxsus iki patron aşkarlanaraq götürülüb.
Faktla bağlı A.Hüseynov barəsində cinayət işi başlanılıb. Onun barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.