-
- 2-03-2019, 14:34
- 855
Azad Rəhimov UNESCO-ya üzv ölkələrin idman nazirlərinin görüşünə qatılıb - FOTO
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində XXIX Qış Universiadası 2019 çərçivəsində UNESCO-ya üzv ölkələrin idman nazirlərinin qeyri-rəsmi görüşü keçirilib.
News24.az xəbər verir ki, tədbirdə Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edir. UNESCO-nun baş direktorunun müavini Nada Al- Naşif, Rusiya Federasiyasının idman naziri Pavel Kolobkov, Beynəlxalq Tələbə idmanı federasiyasının prezidenti Oleq Matısin və digər rəsmilər də iştirakçılar sırasındadır.
Tədbirdə çıxış edən nazir Azad Rəhimov bildirib ki, bədən tərbiyəsi və idman Azərbaycanın sosial siyasət sahəsində önəmli istiaqamətlərdən biridir və Dövlət bu sahəyə xususi diqqət ayırır. Azərbaycanın son illərdə müxtəlif: ilk Avropa oyunları, IV İslam Həmrəyliyi oyunları, Formula 1 Grand Prix turniri, 42-ci Şahmat Olimpiadası və digər, dünya və Avropa çempionatlarına ev sahibliyi etdiyini bildirən Azad Rəhimov, ölkəmizdə Kazan Deklarasiyasına, xüsusilə, “Hərəkat 2”: dayanıqlı inkişaf sahəsində və əsas məqsədlərin realizəsində fiziki tərbiyənin, fiziki aktivliyin və idmanın göstəricilərinin universal işlənilməsinə xüsusi diqqət ayrıldığını bildirdi.
Nazir Azad Rəhimov çıxışında vurğuladı: “Fiziki və idman tərbiyəsi üzrə nazirlərin və vəzifəli şəxslərin beynəlxalq konferensiyasından irəli gələrək, son iki ildə Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində təhsilin inkişafı üçün çox böyük işlər görülülüb. 2017-ci ildə Azərbaycan Bədən Tərbiyəsi və idman Akademiyasında bakalavr səviyyəsində 4 yeni: “Məşqçi” (seçilmiş idman növü üzrə), “Bədən tərbiyəsi üzrə müəllim”, “İdman menecmenti və komunikasiya”, Bədən tərbiyəsi və idmanda reabilitasiya üzrə yeni ixtisas dərəcələri , eyni zamanda, maqistratura səviyyəsində ingilis dilində “Tibbi idman və reabilitasiya”, “İdman menecmenti”, “İdman jurnalistikası” ixtisasları açılmışdır. Bu ixtisaslar yerli və UCL-in (University College London) əcnəbi mütəxəssisləri tərəfindən peşəkarcasına öyrədilir.” Nazir Azad Rəhimov, nəzəriyyənin təcrübədə də realizəsi üçün uğurlu addımlar atıldığını bildirib.
Daha sonra nazir Azad Rəhimov, Kazan deklarasiyasından irəli gələn digər müddəaların: idmanın bütövlüyü, xanımların, uşaq və gənclərin idmana cəlb olunmasının müvəffəqiyyətlə gerçəkləşdirilməsindən, Azərbaycanda 2013-2020-ci illəri əhatə edən Bədən Tərbiyəsi və İdman haqqında qanunun realizəsindən danışdı.
Azad Rəhimov eyni zamanda, nazirliyin 2018-ci ildən Avropa Şurası və Avropa İttifaqının “Hamı birlikdə- idmanda qender bərabərliyinə nail olunması” proqramına qoşulması və görülən işlər barədə də iştirakçılara məlumat verdi.