Öpüşdən sonra bir qulağı kar oldu
    • 25-07-2023, 11:31
    • 298

Öpüşdən sonra bir qulağı kar oldu

Çinin Quandun əyalətinin Huizhou şəhər sakininin qulaq pərdəsi partlayıb. 

News24.az xəbər verir ki, bu barədə "Oddity Central" məlumat yayıb.

Xiaohua adlı qadın bir qulağı kar olduğu üçün xəstəxananın LOR şöbəsinə müraciət edib. Həkim xəstəni müayinə edərkən qulaq pərdəsində laxtalanmış qan aşkar edib və daha ətraflı müayinə zamanı çinli qadında qulaq pərdəsinin travmatik yırtığı olduğu məlum olub.

Qadın bildirib ki, sevgilisi ehtiras anında təsadüfən onun qulaq kanalına hava üfürüb.

“O, qulağımı öpəndə qulağıma ağır nəfəs aldı və mən bir səs eşitdim. Bundan sonra eşitmə qabiliyyətimi itirdim".

Mütəxəssislər vurğulayıb ki, bir qayda olaraq, qulaq pərdəsi iki həftədən üç aya qədər olan müddətdə öz-özünə sağalır. Üç aydan sonra qadının səhhəti bərpa olunmazsa, əməliyyata ehtiyac ola bilər.

Aynurə