"Göbələk yaradır, karlığa səbəb olur..."
    • 14-12-2022, 12:08
    • 915

"Göbələk yaradır, karlığa səbəb olur..."

Bədənimizdə xüsusilə yay aylarında dəniz, hovuz və ya duş zamanı su ilə təmas artır. Bu səbəbdən qulağı tez-tez təmizləmək istəyi yaranır. Qulaq çöpləri adətən qulağın görünən hissəsini təmizləmək üçün istehsal olunur. Lakin biz ondan qulağımızın daxilini də təmizləmək üçün istifadə edirik.  Qulağımızı təmizləmə çubuqları ilə təmizlədikdə qançırlar və ya cızıqlar yaranır. Bu da qulaqda asanlıqla bakteriyaları yerləşməsinə gətirib çıxarır. Nəticədə xarici qulaq kanalında infeksiya yaranır. 

Bəs qulaqları təmizləyici çubuqla təmizləməyin əsas zərərləri nələrdir? 

Quruluşuna görə qulağımız təbii olaraq kirləri təmizləyir. Təmizləmə çubuğu ilə qulaq kanallarını təmizləmək qulaq pərdəsində göbələk və ya perforasiya, infeksiya və eşitmə itkisi kimi bir çox xəstəliyə səbəb olur. Eyni zamanda bu çubuqlar xarici eşitmə kanalının bağlanması, qulaq pərdəsinin yırtılması, eşitmə itkisinə qədər sağlamlıq problemlərinə səbəb ola bilər.

Qumral Əliyeva