Azərbaycanın Gürcüstanda fəaliyyət göstərən  bankı bağlandı
    • 25-07-2018, 13:40
    • 1 107

Azərbaycanın Gürcüstanda fəaliyyət göstərən bankı bağlandı

Azərbaycan Beynəlxalq Bankının Gürcüstan nümayəndəliyinin lisenziyası ləğv olunub.
 
News24.az-ın məlumatına görə, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.
 
Məlumata əsasən, bank ləğv olunma prosesindədir və Roin Tsatsiaşvili banka ləğvedici təyin olunub.
 
Qeyd edək ki, ABB-nin Gürcüstan filialı 2007-ci ildən fəaliyyət göstərib. Bu ilin martında ABB Gürcüstan və Rusiya bazarlarını tərk etmək barədə qərar qəbul edib.