-
- 25-07-2023, 15:31
- 216
FHN əhaliyə çağırış etdi
Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirlikdən News24.az-a bildirilib ki, həyata keçirilən kütləvi maarifləndirmə işlərinə, o cümlədən edilən müraciətlərə, əkinçilik fəaliyyəti ilə məşğul olan fermer və təsərrüfat sahibləri ilə mütəmadi olaraq keçirilən maarifləndirici xarakterli görüşlərə baxmayaraq, yenə də bir sıra yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibət müşahidə olunmaqdadır.
Qeyd edilib ki, icrası sadə olan həmin təhlükəsizlik qaydalarına belə münasibət isə sonda acı nəticələrə gətirib çıxarır:
"Son zamanlar meşə və meşəətrafı ərazilərdə baş verən yanğınlarla əlaqədar aparılan təhlillər bu yanğınların bir sıra hallarda meşə massivi ilə əkin sahələri arasında şumlama yolu ilə təhlükəsizlik zolaqlarının yaradılmaması ilə bağlı olduğunu deməyə əsas verir. Belə ki, qanunvericiliyə uyğun olaraq əkin sahələri ilə meşə zolağı arasında eni 4 metrdən az olmamaqla şumlama aparılmalıdır ki, bu da əkin sahəsində hər hansı səbəbdən baş verən yanğının genişlənərək meşəyə keçməsinin qarşısını alır".
FHN qeyd olunanlarla bağlı bir daha əkinçilik fəaliyyəti ilə məşğul olan şəxslərə, o cümlədən fermer və təsərrüfat sahiblərinə müraciət edərək əkin sahələrinin ətrafında eni 4 metrdən az olmamaqla mineral zolağın yaradılmasının qanunvericiliklə tələb olunduğunu və bu tələbin icra olunmamasının hüquqi məsuliyyət yaratdığnı xatırladıb.