-
- 2-03-2019, 17:01
- 1 463
Afaq Bəşirqızı: "Məmurlar unutmasın ki, halal və haram deyilən amillər var "
Xalq artisti Afaq Bəşirqızı Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşündəki çıxışının müsbət qarşılanması ilə bağlı açıqlama edib.
News24.az xəbər verir ki, aktrisa hisslərini şəxsi instagram səhifəsində belə dilə gətirib:
"Əzizlərim, çox sağ olun. Ürək sözləriniz və verdiyiniz qiymət çox xoşdur. İncəsənət xadimlərindən, əyalət teatrlarından saysız-hesabsız zənglər gəlir. Mənə minnətdarlıqlarını bildirirlər.Amma bu, mənim vətəndaş borcumdur. Mən öz alın tərimlə, səhhətimi qurban vermək hesabına xalq artisti, Prezident təqayüdçüsü və sayılıb-seçilənlərdən oldum.
Amma həyatım boyunca eqoist olmadım, olmayacam da.Mən öz xalqımı,ehtiyacda olan imkansız insanları fikirləşməliyəm.Əgər dünənki mötəbər məclisdə belə bir fürsət yarandısa,mən mütləq çıxış etməli idim.Çox sağ olsun canım Prezidentim, Mehriban xanım, mənə qulaq asdılar. Cənab ölkə başçısı çıxışında bir neçə dəfə mənim qaldırdığım məsələni müzakirə etdi. Allaha şükürlər olsun ki, artıq dünəndən xəbərlər alıram ki,bu təkliflərə müsbət reaksiya verilib. Bu günlərdə hamılıqla birgə bu işlərin nəticəsini bayram edəciyik.
Ümumiyyətlə, hər bir insan təyin olunduğu sahədə öz işini, kreslosunu ambitsiyasına görə, yaxınlarına görə istifadə etməsə, inanın bu çətinliklər yaranmaz. 64 yaşındayam və çox sahələrlə rastlaşmışam. Çox yaxşı insanlar görmüşəm və onların iş üsulları ilə tanış olmuşam. Bu problemlərin başlıca səbəbi öz yerində düzgün oturmayan məmurlardır. Məhz buna görə Cənab İlham Əliyeva dedim ki, Sizin sərəncamlardan sui istifadə edənlər var. Amma bu cür məmurlar unutmasın ki, həyatda halal və haram deyilən amillər var.
Söz verirəm ki, bundan sonra da mənə olunan hörmət xalqımın övladları üçün olacaq. "Sağ əlin elədiyini, sol əl bilməməlidir" mənim həyat devizimdir.
Məni tanıyanlar yaxşı bilir ki, mən nə etdiyimi və edəcəyimi heç kəsə bildirmərəm. Bir daha qeyd edirəm ki, dünənki çıxışım rəsmi yox, həqiqərən ürəyimdən gələn sözlər və qəlbimin hayqırtısı idi. Çox sağ olun".
Teymur MƏMMƏDOV