"Barbie" "Oppenheimer"ə 5 milyon dollar qazandırdı
    • 25-07-2023, 22:14
    • 511

"Barbie" "Oppenheimer"ə 5 milyon dollar qazandırdı

Amerika araşdırma şirkəti "The Quorum"un hesablamalarına görə,  "Oppenheimer" filminin izləyicilərinin 6%-i bu filmə "Barbie" filminin bütün biletləri satıldığı üçün gedib.

News24.az xarici mediaya istinadən xəbər verir ki,  nəticədə "Barbie" "Oppenheimer"ə  kassada əlavə 5 milyon dollar qazandırıb.

Şirkətin sorğusunda iştirak edənlər “Oppenheimer" üçün bilet aldım, çünki "Barbie"nin bütün biletləri satılmışdı” deyib.

"Oppenheimer" kassada 83 milyon dollar qazanıb. Bu məbləğdən respondentlərin 6%-ni çıxsaq, geriyə 4.980.000 dollar qalır.

Qeyd edək ki, həftə sonu "Barbie" ölkə daxilində 161 milyon, dünya üzrə isə 182 milyon dollar qazanıb.

Günəş Mərd