Tramp Baydenə qarşı ən güclü namizəd olaraq qalır
    • 26-07-2023, 00:51
    • 281

Tramp Baydenə qarşı ən güclü namizəd olaraq qalır

ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək seçkilərdə Ağ Evin prezidenti Co Baydenə qarşı ən güclü namizəd kimi respublikaçı seçicilər arasında mövqeyini qoruyur.

News24.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Monmouth Universiteti sorğu keçirib. 

Sorğunun nəticələrinə görə,  Respublikaçı seçicilərin təxminən yarısı (45 faizi) Trampın 2024-cü ildə Baydenə qalib gəlmək üçün ən güclü namizəd olduğunu deyib. 

Eyni zamanda, qalan respondentlər (31 faiz) hesab edir ki, digər namizədlər siyahısından kiminsə Ağ Evin hazırkı rəhbəri üzərində qalib gəlmək şansı var. 

Ümumilikdə, 14 Respublikaçı namizəd arasında şəxslərin 54 faizi Donald Trampı dəstəkləyir.

Qeyd edə ki, Monmut Universitetində keçirilən sorğuda 681 respublikaçı seçici iştirak edib.

Günəş Mərd