"Prezident olmaq istəyən hər kəs əqli bacarıq testindən keçməlidir"
    • 22-02-2023, 10:59
    • 164

"Prezident olmaq istəyən hər kəs əqli bacarıq testindən keçməlidir"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkədə prezidentliyə namizəd olan hər kəsin əqli qabiliyyət imtahanından keçməli olduğunu deyib.


News24.az xarici KİV-ə istinadla xəbər verir ki, 2024-cü il prezident seçkilərinə namizəd olan 76 yaşlı Tramp namizədlərin fiziki cəhətdən işləməyə hazır olduqlarını göstərən testdən də keçməli olduğu bildirib.

"Görkəmli prezident olmaq böyük əqli və fiziki dözüm tələb edir. Əgər bu keyfiyyətlərə malik olmasan, çox güman ki, uğur qazana bilməyəcəksən".

Qeyd edək ki, ABŞ-ın hazırkı 80 yaşlı prezidenti Co Bayden hələ rəsmi olaraq namizədliyini açıqlamayıb. Lakin o, namizəd olub seçilərsə, Amerikanın ən yaşlı prezidenti kimi tarixə düşəcək.

Qumral Əliyeva