Türkiyə XİN Qurani-Kərimin yandırılmasını pislədi - Bəyanat
    • 26-07-2023, 02:06
    • 245

Türkiyə XİN Qurani-Kərimin yandırılmasını pislədi - Bəyanat

Türkiyə Xarici İşlər Nazirliyi Danimarkanın paytaxtı Kopenhagendə Qurani-Kərimə qarşı davam edən hücumlarla bağlı növbəti dəfə bəyanat yayıb.

News24.az xəbər verir ki, bəyanatda qeyd olunub: 

"Kopenhagendə baş verən aksiyalardan sonra səfirliyimizin qarşısında müqəddəs kitabımız Qurani-Kərimə qarşı edilən hücumları şiddətlə qınayırıq.

Danimarka səlahiyyətlilərinin bu hücumlara göz yummaqda və bu təxribatları müdafiə etməkdə israrlı olmaları hadisələrin yarada biləcəyi nəticələrin ciddiliyini görmədiklərini göstərir.

Bu cür hücumlar milyardlarla müsəlmanı incitməklə yanaşı, həm də sosial sülhə və birlikdə yaşamaq mədəniyyətinə zərər vurur.

Danimarka hakimiyyəti bu nifrət cinayətinin təkrarlanmaması üçün lazımi tədbirlər görməlidir".